Bioloji тəbabət müasir tibbin ən yüksək formasıdır
Tarix: 8-07-2021, 14:50
Baxılıb: 3 031
Google+ Paylaş
Tumblr Paylaş

Bioloji тəbabət müasir tibbin ən yüksək formasıdır

8-07-2021, 14:50

Bioloji тəbabət müasir tibbin ən yüksək formasıdır

 

İbrahim Qulamov: «Bir həkim kimi mənə nə qədər şəhid ailələri və qazilər müraciət etsə, onlara əlimdən gələn köməklikləri etməyə hazıram»

2009-cu ildən fəaliyyətə başlayan Bioloji Təbabət Klinikası bu gün respublikanın ən aparıcı тибб мцяссисяляриндян biri olmaqla bərabər, Azərbaycanın Sumqayıt, Göyçay və Masallı şəhərlərində də filialları uğurla fəaliyyət göstərməkdədir. Bu yaxınlarda Klinikanın Masallı filialında olduq. Кlinika şəhərin ən mərkəzi yerlərinin birində - meşəliyin içərisində, gözəl havası və təbiəti olan bir yerdə yerləşir. Cəmi iki ildir ki, fəaliyyət göstərən bu filial artıq Azərbaycanın Cənub bölgəsində çox məşhurдур. Орada həddən çox insanların şəfa tapmaq üçün klinikaya gəldiyini gördüm. Юзц дя klinikaya təkcə Cənub bölgəsinin сакинляри yox, artıq юлкямизиn hər yerindən, hətta İrandan və başqa respublikalardan da çoxlu xəstələr gəlir. Çünki, burada çalışan həkimlər yüksək ixtisaslı mütəxəssislərdir. Çoxu da ayrı-ayrı xarici ölkələrdə təhsil alıblar. Onlardan biri də uzman həkim İbrahim Qulamovdur.

 

Masallı Bioloji Təbabət Klinikasına rəhbərlik edənlər - Qüdrət Yaqubov və Sevindik Becanlı belə məsləhət bildilər ki, mən məhz İbrahim Qulamovla müsahibə aparım. Эянъ мцтяхяссис olan nevroloq İbrahim həkim bu klinikada heç bir ay deyil ki, işləyir, amma ona həddindən çox xəstə müraciət edir. Çünki, onun yüksək ixtisaslı həkim олараг xəstələr üçün əlindən gələni eтdiyini aydın görürlər. Иstərдиm, İbrahim həkimlə oxucuları da yaxından tanış edim.

Qısa arayış: İbrahim Zakir oğlu Qulamov 1988-ci ilin mart ayının 20-də Lənkəran şəhərində anadan olub. Lənkəran 10 nömrəli məktəbində 6-cı sinifi bitirdikdən sonra elə həmin şəhərdəki Özəl Türk Liseyinə yüksək dərəcə ilə daxil olub. Lənkəran Özəl Türk Liseyində təhsil aldığı dövrdə respublika olimpiadalarında biologiya fənni üzrə iştirak edib. Səkkizinci sinиfdə oxuduğu vaxt respublika üzrə doqquzuncu siniflər arası olimpiadada üçüncü yerə çıxıb. Onuncu sinifdə oxuduğu vaxt respublika üzrə birinci yeri tutub. O, bu liseyi bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Tibb Universitetində reanimatologiya-anesteziologiya ixtisası üzrə bir il internatura keçib. Sonra isə, diplomlarını Türkiyədəki «Denklik Sınavı» ilə təsdiqlədib. Orada “Tıpta Uzmanlık Sınavı”na (TUS) daxil olmaqla, İstanbul Universitetinin “Cerrahpaşa Tıp Fakultesi” nevrologiya şöbəsinə daxil olub və bu təhsil ocağında, orada dörd il yarım təhsil alıb və bu sahə üzrə ixtisaslı həkim olub. Sonra uzmanlıq diplomu alıb. Nevrologiyanın bütün sahələrini mükəmməl öyrənib. Dörd ilə yaxın Türkiyədəki “Acıbadem” klinikasında nevroloq-həkim kimi işləyib. Başqa məşhur klinikalara da dəvət olunub və xəstələrə əlindən gələn bütün köməklikləri edib. İbrahim həkim 2021-ci ilin əvvəlində yenidən Vətənə dönüb вə Masallı Bioloji Təbabət Klinikasında əmək fəaliyyətinə başlayıb.

- İbrahim həkim niyə məhz Masallı Bioloji Təbabət Klinikasında işləməyi seçdi?

- Azərbaycana qayıdandan sonra mən bir neçə xəstəxanalara getdim. Onların iş prosesi, fəaliyyəti ilə tanış oldum. Bu klinikaların rəhbərləri də çox istəyirdilər ki, mən orada işləyim. Masalлı Bioloji Təbabət Klinikasında olanda buradakı çox mehriban və yüksək ixtisaslı kollektivi, hər birinin daxilində olan coşqu, yeni düşüncələrlə yaşamalarını, xəstələrə əllərindən gələn köməklikləri etdiyini gördüm və bütün bunlar da mənim çox xoşuma gəldi. Bizim baş həkimimiz Tural Xaspolad qazidir. Çox savadlı, bacarıqlı həkim və yüksək təşkilatçı insandır. Hamımız onun döyüş şücaəti ilə fəxr edirik. Ən əsası isə рespublikada bioloji təbabətin yaradıcısı, çox dəyərli ziyalı, böyük düşüncə sahibi Elxan Yaqubovla etdiyim bir saatlıq söhbət məni yüksək səviyyədə qane etdi və ona görə də burada işləməyə qərar verdim. Çünki, bu insan yüksək ideyalarla yaşayır və çalışır ki, bu klinika xalqımıza böyük xeyir versin və insanlarımız burada tam sağalsınlar. Boş yerə xarici ölkələrə gedib, böyük xərclərə düşməsinlər. Nəticədə, burada işləyən həkimlər heç də xarici ölkələrdə işləyən həkimlərdən tibb elmini az bilmirlər. Hər biri öz sənətinin peşəkarıdır. Bütün bunlarla birlikdə Masallı Bioloji Təbabət Klinikasında yüksək səviyyədə tibbi avadanlıqlar var. Bu avadanlıqları işlədən yüksək ixtisaslı həkimlər öz işlərinin peşəkarıdır. Bu da bizə xəstələrin xəstəliyinin kökünü tapmaqda çox böyük köməklik eləyir. Həm də bura təkcə klinika yox, bir istirahət mərkəzidir. İnsanlar buraya gəlib təkcə müalicə olunmur, həm də istirahət edirlər. Ən əsası isə burada tibbin inteqrativ təbabət növü yüksək səviyyədə xəstələrə xidmət edir. Bu da dünyada tanınan аlman tibb elmi sahəsidir. Bu müasir tibbin ən yüksək formasıdır və dünyanın ən aparıcı ölkələri də tibbin bu sahəsində fəaliyyət göstərir. Keçmiş Sovetlər Birliyində isə, yalnız Azərbaycanda tibbin bu sahəsi məhz Bioloji Təbabət Klinikasında yüksək səviyyədə fəaliyyət göstərmiş və burada çalışan həkimlərin də çoxu Almaniyada və bir sıra məşhur xarici ölkələrdə təhsil almış mütəxəssislərdir. Baxmayaraq ki, mən bir aya yaxındır ki, burada çalışıram, amma mənə elə gəlir ki, bu kollektivlə illərdir birlikdə fəaliyyət göstərirəm.

- Cəmi bir aya yaxındır ki, burada həkim kimi fəaliyyətə başlayan İbrahim həkim, bu az vaxtda hansı maraqlı hadisələrlə rastlaşıb?

- Azərbaycanda gördüyüm xəstələr, Türkiyədəкиндян fərqli olaraq, bir neçə yeri gəzib, diaqnoz qoyulmadan və ya fərqli diaqnozlarla müalicə olunan xəstələrdir. Bu da həmin инсанların xəstəliyini ağırlaşdırıb. Türkiyədə isə belə deyil. Orada xəstə yüksək səviyyədə müayinə olunur və hansı həkimin xəstəsi olduğu müəyyənləşdiriləndən sonra həmin həkimə müraciət etmək xəstəyə

tövsiyə edilir. Mənə müraciət edən xəstəyə diqqətlə qulaq asıram. Əgər o, həqiqətən nevroloji xəstədirsə mən əlimdən gələni edirəm ki, onu sağaldım. Əgər həmin xəstənin xəstəliyi başqadırsa, həmin xəstəliklə bağlı hansı həkimə müraciət etməsi lazım oldugunu da tövsiyə edirəm.

- Siz cavan həkimsiniz. Azərbaycanda yenicə həkim kimi fəaliyyətə başlayıbsınız. Gələcəkdə böyük uğurlar əldə etmək üçün qarşınıza hansı məqsədləri qoyubsunuz?

- Belə deyim: Fikirdə, sənətdə, anlamaqda, anlatmaqda, tapmaqda, tutmaqda, paylamaqda, toplamaqda və nəhayət yaşamağa dəyər həyatın bütün ölçülərini büllurlaşdırma işində dünyanın ən böyük insanı olmaq istəyirəm. Nəfsim üçün deyil, sırf onun ümmətindən ən aciz görülən fərdə aid ləyaqət payını və üstünlük dərəcəsini göstərmək üçün... Bu, mənim idealımdır. Biz hər birimiz bu dünyaya insanların və heyvanların yükünü azaltmaq üçün gəlmişik. Onlara yük olmaq üçün deyil. Mən belə fikirləşirəm...

- Mən Qüdrət Yaqubovla, Sevindik Becanlı və Tural Xaspoladla elədiyim söhbətlərdən onu da öyrəndim ki, siz çox vətənpərvər insansınız. Sizə müraciət edən qazilərə, şəhid ailələrinя əlinizdən gələn bütün köməklikləri edirsiniz. Bu doğrudan da çox təqdirəlayiq işdir…

- Vətən мüharibəsi olan vaxtı mən Türkiyədə işləyirdim və müharibənin gedişini çox səbirsizliklə izləyirdim. Кəndlərimizin, şəhərlərimizin, yüksəkliklərin geri qaytarılmasını eşitdikdə inanın sevincdən ağlayırdım... ( Onun bu sözlərdən sonra gözləri dolur və susur. Sonra qarşısındakı çaydan bir qurtum içib, yenə də sözünə davam edir). 44 günlük Vətən мüharibəsi cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dünya hərb elminə yeni və təkrarsız bir tarix kimi yazıldı. Ermənilərin 7 ilə rusların köməkliyi ilə aldığı torpaqlarımızı Azərbaycan Оrdusu cəmi 44 günə geri qaytardı. Bu da, Nadir Şah Əfşarın son qələbəsindən sonra, yəni 230 ildə Azərbaycan xalqının ən böyük qələbəsi sayılır. Burada Azərbaycan xalqının birliyi də sözsüz çox böyük rol oynadı. Vətən мüharibəsi gedən vaxtı Türkiyədə olanda bir şeyə heyиfsиlənirdim ki, mən niyə döyüşən əsgərlərin yanında deyiləm? Mən də çox istəyərdim ki, Vətən yolunda şəhid olum.

- Amma Allah qismət eləyib ki, siz indi həmin qaziləri və şəhid olanların valideynlərini, həyat yoldaşlаrını, uşaqlarını burada müalicə edirsiniz.

- Məşhur filosof Nitşenin belə bir maraqlı kəlamı var: “Xoşbəxtlik ideal bir tənbəllikdir”. Mən bununla razı deyiləm. Məşhur filosof Fərabi xoşbəxtliyi inancda görür. Amma İbn Rüştün isə xoşbəxtliklə bağlı belə bir maraqlı kəlamı var: “Xoşbəxtlik yolda olmaqdır”. Mən yolda olduğumuza, mübarizədə olduğumuza inanaraq təsəlli tapıram və bu dəqiqədə Vətənimə xeyir verməyə çalışaraq, o şəhidlərin getdiyi yolda, ən azından qum dənələrindən biri olduğumu düşünərək, özümdə qürur duymağa çalışıram. Mən şəhidlərin ölmədiyini düşünürəm. Çünki mən, inanclı və haqqa tapынan bir insanam. Allahın bu dünyada bizə bir bədən əmanət etdiyini və həmin bədəndən də layiqincə istifadə edərsək, öldükdən sonra min bədənin idarə edilməsinə ruhumuzun layiq görüldüyünə inanan bir insanam. Çünki belə bir maraqlı cümlə var: “Bir ölər, min dirilərik”. Sonuncu bir həftədə mən beş qazinin özünü, valideynlərini müayinə etmişəm. Əlimdən gəldiyi qədər köməklik etmişəm. Hətta onların ayaqqabılarını və corablarını da çıxarmağa çalışmışam. Çalışmışam ki, vicdanım bir az rahat olsun. Hüznün həzzini yaşadan Allaha həmd olsun... Ona görə də Ulu Tanrıya, bütün şəhid və şəhid ailələrinə, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm və onun komandanlığı altında olan, döyüşən ordumuzla fəxr edirəm. Bir həkim kimi bundan sonra mənə nə qədər şəhid ailələri və qazilər müraciət etsə, onlara əlimdən gələn bütün köməklikləri etməyə hazıram. Bu da mənimçün fəxrdən və qürurdan başqa bir şey ola bilməz. Artıq hər bir azərbaycanlı qürurla deyə bilər ki, “Qarabağ bizimdir və bundan sonra да əbədi bizim olacaq.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ