Ələt Azad İqtisadi Zonasının yaradılması 10 minlərlə iş yeri deməkdir
Tarix: 8-07-2021, 13:19
Baxılıb: 3 015
Google+ Paylaş
Tumblr Paylaş

Ələt Azad İqtisadi Zonasının yaradılması 10 minlərlə iş yeri deməkdir

8-07-2021, 13:19

Əsli Kazımova:"Ələt Azad İqtisadi Zonasının yaradılması yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın təminatı üçün olduqca əhəmiyyətlidir”

"Ələt Azad İqtisadi Zonasının yaradılması yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın təminatı üçün olduqca əhəmiyyətlidir”. Bunu «Azad Azərbaycan»a açıqlamasındaAzərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, bu İqtisadi Zonasının yaradılması birmənalı olaraq, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına böyük tövhə verəcək: «Azərbaycanın başlıca məqsədi investorları ölkəyə cəlb etməkdir. Eyni zamanda xarici şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunmasına nail olmaqla ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına divident qazandırmaqdır. Bu addımla biz nəinki ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həmçinin də, on minlərlə yeni iş yeri yaratmağa müvəffəq olacağıq. Bu istiqamət cənab Prezidentin diqqətindən heç bir zaman yayınmayıb».

Ə.Kazımova bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması istiqamətində olduqca mühüm addımlar atılmaqdadır: «Bu gün etiraf etmək gərəkdir ki, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr həyata keçirilib. Hətta pandemiya zamanı belə, bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatı çökmək vəziyyətində olsa da, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması buna misal ola bilər. Ona görə də, sözügedən layihənin icrası Azərbaycana böyük iqtisadi dividentlər qazandıracaq və ölkəmizin regionda mövqelərini daha da gücləndirməyə müvəffəq olacaq. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olduğunu nəzərə alaraq, demək olar ki, Ələt Azad İqtisadi Zonasının yaradılması ilə respublikamızın strateji əhəmiyyəti daha da artacaq. Dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, həm də, ölkəmizəyeni investisiyaların cəlb edilməsinə öz tövhəsini verəcəkdir».

 

Bilman ISAQ

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ