Тarif Şurasının bəbir qaçışlı, ceyran sürətli qiymət оyunu
Tarix: 8-07-2021, 12:03
Baxılıb: 19
Google+ Paylaş
Tumblr Paylaş

Тarif Şurasının bəbir qaçışlı, ceyran sürətli qiymət оyunu

8-07-2021, 12:03

Birdə baxırdın, bir qanmazın biri naqafil İsa babaya sual verir:

- Yadındadı, sən filan vaxtı, təbiəti mühaфizə müfəttişi işlədiyin zamanlar mənim silahımı nahaq yerə almışdın? Hansı ki, mənim heç bir günahım yox idi.

İsa baba da özünəməxsus sakit və təmkinli tərziylə qarşısındakı adama cavab verərdi.

- Ay oğul, sən məsciddə namaz qılırdın, mən sənin silahыnı əlindən aldım?

Qarşısındakı beqabiliyyət başını aşağı dikib başlayırdı qımışmağa.

- Əslində mən də çox günahkar idim ay İsa baba. Ovun qadağan olduğu vaxtda, kəklik bala üstündə olanda 5 dənəсини vurmuşdum.

Di beləcənə söz-söhbət, haqq, ədalət yerini tapmış olurdu.

Amma bu Тarif Şurasının elədiyi, vallahda, billahda nə haqqa, nədə ədalətə uyğundur. Naxчıvanlılar demişkən, a sizin başıvıza dönüm, indiyə qədər qiymətləri gecə qaldırırdınız, camaat yuxuda olduğundan, elə bilirdilər yuxu görürlər və qiymət artımına demək olar ki, inanmırdılar. Beləcənə də yavaş-yavaş alışdırırdınız milləti ceyran sürətli qiymətlərə. Amma və lakin siz bu dəfə milləti günün günorta vaxtı və məsciddə namaz qıldığı yerdə yaxaladınız. Maşallahlar olsun bizim də namazsevər xalqımıza. Həm yüksələn qiymətlərin təsiri, həm də gözəl və ərəbsevər xalqımızın namaz sevgisi ulu millətimi şokdan ayılmağa imkan vermir. Eləcənə, Тarif Şurasının bəbir qaçışlı, ceyran sürətli qiymətlərinə, məscidlərdə donub qalıblar.

Səy Qasımdan da, neçə gündür xəbərim yoxdur. Kişi namaz qılan da deyil ki, deyəsən buda məsciddə heykələ dönüb. Elə bil kişinin ürəyinə dammışdı qiymət artımı. O gün, özü kimi beş-altı adamı yığıb başına SOCAR-ı möhkəm «tərifləyirdi»:

- Ayə siz bizim bu SOCAR-ı yaxşı dərk edə bilmirsiniz eyy, bu boytana dünyada, bizim neft şirkəti kimi şirkətlər 3 dənə varsa, biri də bizimkidir. Dünyanın yarısını qazla, neftlə, benzinlə bizim şirkət təmin edir. Hələ gördünüz o erməni haxçiklərini, biz bunlara su qiymətinə qaz verək, bunlarda etiraz edələr ki, lazım gəlsə bir həftə yemək bişirmərik, amma Azərbaycan qazını istəmirik.

"Demaqoq" Мir Cabbar da gəlib düz gözlərini dikdi səy Qasımın gözünün içinə və bağırdı:

- Ayə, ay səy, bə bu saydıqların xaricdə varsa, bə bizdə niyə yoxdur?

Baxdım ara qarışacaq, şahid olmamaq üçün çıxdım aradan.

Siz, siz olun, məsciddə namaz qılanda çalışın bəd xəbər eşitməyin…

 

 ƏDİB İSAOĞLU

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ