Avropa İttifaqının dərdi "demokratiya" dərdi deyil
Tarix: 8-07-2021, 11:58
Baxılıb: 3 220
Google+ Paylaş
Tumblr Paylaş

Avropa İttifaqının dərdi "demokratiya" dərdi deyil

8-07-2021, 11:58

Partiya sədri: «Avropa İttifaqını demokratiya yox, hər şeydən öncə geosiyasi maraqları düşündürür»

 

«Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin dəstəklənməsi üzrə elan etdiyi yardım proqramı bir daha Qərbin "ikili standartlar" siyasətindən çıxış etməsi faktını gün işığına çıxardı». Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bunu «Azad Azərbaycan» qəzetinə bildirib.

 

Onun sözlərinə görə, Aİ-nin son dövrlər üçün bu ən böyük yardım proqramı ədalətsiz bir layihə kimi diqqət çəkir: «Avropa Komissiyasına təqdim ediləcək bu layihəyə əsasən, təxminən 2,3 milyard avroluq vəsaitin 6 ölkə arasında bölünməsi nəzərdə tutulur. Biz bu layihənin Avropa Komissiyası tərəfindən məqsədəmüvafiq hesab ediləcəyini, dəstəklənib-dəstəklənməyəcəyini hələ ki, dəqiq bilmirik. Lakin hər halda ümid etmək istərdik ki, Avrokomissiya layihəni (daha doğrusu, vəsaitin bölgüsünü) məqsədəuyğun hesab etməyəcək və onu yenidən işlənməsi üçün geri qaytaracaq. Çünki açıq-aşkar görünür ki, layihə çərçivəsində maliyyə yardımlarının bölgüsü qeyri-bərabər aparılıb. Bu bölgünün ədalətsizliyi özünü bilavasitə məhz Azərbaycana münasibətdə aydın şəkildə büruzə verir».

Ə.Hüseynov qeyd edib ki, Aİ qarşıdakı beş il ərzində Azərbaycanа cəmi 140 milyon avro yardım ayırmağı planlaşdırır. Lakin müvafiq dövrdə isə Ermənistana 1.5, Gürcüstana isə 1.125 milyard avro vəsait ayırmaq istəyir: «Avropa İttifaqı bürokratiyasının təmsilçiləri bu cür fərqli və əcaib bölgünü kifayət qədər zəif arqumentlərlə əsaslandırmağa çalışırlar. Ancaq Avropa İttifaqınын Azərbaycan ilə Cənubi Qafqazın digər iki ölkəsinə münasibətdə sərgilədiyi "ikili standart"lara əsaslanan mövqeyini heç bir arqumentlə, mülahizə ilə gizlətmək mümkün deyil. Əlbəttə, Azərbaycanın bu cür cüzi və miskin məbləğə əsla ehtiyacı yoxdur. Lakin biz sözügedən layihədə təsbit olunan bölgünün qeyri-bərabərliyinin faktiki olaraq Azərbaycana qarşı haqsızlıq olduğunu açıq şəkildə deməliyik ki, Avropa İttifaqı da bizim bunun fərqində olduğumuzu bilsin».

 

Partiya sədri bildirib ki, Məlum məsələlərə görə, bu cür ədalətsiz bölgüdən çıxış edən Avropa İttifaqının dərdi "demokratiya" dərdi deyil: «Əgər demokratik dəyərlər onlar üçün bu qədər böyük önəm daşıyırdısa, onda məntiqlə Avropa İttifaqı demokratik standartlardan tamamilə uzaq olan bəzi ölkələri ümumiyyətlə, bu layihədən kənarda saxlamalıydı. Lakin Avropa İttifaqı faşizm və terrorizm yuvasına çevrilən Ermənistanla bərabər, həmin qeyri-demokratik ölkələrə də öz «isti» qucağını açırsa, deməli, məsələ heç də "demokratiyaya dəstək" məsələsi deyil. Bu saat Avropa İttifaqını demokratiya yox, hər şeydən öncə geosiyasi maraqları düşündürür».

 

Bilman İSAQ

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ