Təhsil İdarəsindən işə qəbul müsabiqəsi ilə bağlı açıqlama
Tarix: 7-07-2021, 23:09
Baxılıb: 1 166
Google+ Paylaş
Tumblr Paylaş

Təhsil İdarəsindən işə qəbul müsabiqəsi ilə bağlı açıqlama

7-07-2021, 23:09

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Avromedia.az-a verilən məlumata görə, idarə tərəfindən keçirilən müsabiqənin test mərhələsinin nəticələri təhlil edilib və keçid balları müəyyənləşdirilərək namizədlərin “Şəxsi kabinet”inə göndərilib.
Keçid balını toplamış 192 namizəd müsabiqənin III (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.
Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ