İstirahət etmək istəyənlər mütləq oxuyun- Qiymətlər necədir?
Tarix: 6-07-2021, 12:04
Baxılıb: 4 014
Google+ Paylaş
Tumblr Paylaş

İstirahət etmək istəyənlər mütləq oxuyun- Qiymətlər necədir?

6-07-2021, 12:04

Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artım müşahidə edilir. Monitorinqlər göstərir ki, bölgələrimizdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyli yüksəldiblər. Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, turizm xidmətlərində qiymət artımlarının səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarların pandemiyadan sonra "daha qısa zamanda daha çox gəlir" prinsipi ilə işləməsi danılmazdır:

"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa İttifaqı turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşdırır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyli məhdudlaşdırır.

Bir tərəfdən, sahibkarların qiymətləri artırmaması, əksinə, optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi, Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədəuyğun olar. Eyni zamanda qonşu Türkiyədə olduğu kimi, ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər.

Amma bütün bunlar fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir. Doğrudur, tələb artanda əksər hallarda qiymətə təsir edir. Turizm spesifik sahə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsinə, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər".publika.az

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ