İlham Əliyev Monteneqro prezidentini təbrik etdi
Tarix: 12-07-2019, 20:03
Baxılıb: 1 728

İlham Əliyev Monteneqro prezidentini təbrik etdi

12-07-2019, 20:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb.
Avromedia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
N.SAFURA
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ