BNA-dan "Baku Bus" sürücülərinə göstəriş: Kondisionerləri...
Tarix: 12-07-2019, 18:48
Baxılıb: 1 737

BNA-dan "Baku Bus" sürücülərinə göstəriş: Kondisionerləri...

12-07-2019, 18:48

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib.
Agentliyin mətbuat katibi Mais Ağayev Avromedia.az-a açıqlamasında deyib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verilib.
"Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o, qeyd edib.
Xatırladaq ki, son vaxtlar "Baku Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir.Report
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ