Daha bir istirahət mərkəzinin rəhbəri cəzalandırıldı
Tarix: 12-07-2019, 16:56
Baxılıb: 1 727

Daha bir istirahət mərkəzinin rəhbəri cəzalandırıldı

12-07-2019, 16:56

Sumqayıtda çirkab suların dənizə axıdılması faktı aşkar edilib.
Avromedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıtda keçirdikləri reyd zamanı “Alma” istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib.
Nəticədə A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ