İş axtaranların nəzərinə: FHN işə qəbul elan edir
Tarix: 11-07-2019, 09:03
Baxılıb: 868
Google+ Paylaş
Tumblr Paylaş

İş axtaranların nəzərinə: FHN işə qəbul elan edir

11-07-2019, 09:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti "BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı sakinlərinin paytaxt ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbul elan edir.
FHN-dən Avromedia.az-a verilən məlumata görə, uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, bu il avqustun 1-dək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 santimetr və yuxarı şəxslər iyulun 12-13-də Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi-40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər. 

Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür. 

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ