Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları
Tarix: 8-05-2021, 21:46
Baxılıb: 3 554
Google+ Paylaş
Tumblr Paylaş

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

8-05-2021, 21:46

Sabah Ramazan ayının 26-cı günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır.
Mayın 9-u üçün namaz vaxtları:
Sübh azanı 03:57
Zöhr azanı 12:37
Əsr azanı 17:37
Məğrib azanı 19:59
İşa azanı 21:11
26-cı günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!”
 
Tərcüməsi: “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ