İctimai televiziyada qadağa: "Qara siyahı" hazırlandı
Tarix: 8-05-2021, 12:42
Baxılıb: 2 961
Google+ Paylaş
Tumblr Paylaş

İctimai televiziyada qadağa: "Qara siyahı" hazırlandı

8-05-2021, 12:42

Ermənistanın İctimai Televiziyasında “qara siyahı” tərtib olunub.
Avromedia.az xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbəsinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Ermənistanın İctimai Televiziyasında “qara siyahı” tərtib olunub və siyahıya adı salınan ekspertlərin çəkilişi qadağan edilib.
Hətta çəkilişləri öncədən planlaşdırılan ekspertlərə zəng edərək, müsahibənin baş tutmayacağı haqda məlumat verirlər – deyə qəzet bildirib. Hamıya isə “texniki səbəb” bəhanə kimi göstərilir.
Mütəxəssislər isə texniki problemin bir neçə saat davam edəcəyini deyirlər və bunun daimi təkrarlanmasını absurd sayırlar. Üstəlik texniki problem ekspertləri efirə buraxmamaq üçün səbəb ola bilməz.
Nəşrin məlumatına görə, televiziyanın müvafiq şöbəsində efirə dəvət olunan qonaqların siyahısı öncədən tərtib olunur və rəhbərliyə göstərilir. Burada isə “qara siyahı” ya uyğun olaraq kimin dəvət edilib-edilməyəcəyinə qərar verilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ