Millət vəkili şəhid Arəstənin anası ilə görüşdü
Tarix: 6-03-2021, 12:50
Baxılıb: 5 889
Google+ Paylaş
Tumblr Paylaş

Millət vəkili şəhid Arəstənin anası ilə görüşdü

6-03-2021, 12:50

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin yeganə qadın hərbçi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu – hərbi tibb qulluqçusu Arəstə Baxışovanın anası Məktubə Cəbrayıl qızı Baxışova ilə görüşüb.
Millət vəkili şəhidin övladlarının təhsili, ümumən ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Arəstə Kərim qızı Baxışova Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə çalışıb.
Hərbi tibb qulluqçusu Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Arəstə Baxışova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları vaxtı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Arəstə xanım kimi vətəncanlı hərbi tibb qulluqçusuları ilə hər zaman qürur duyacağıq!"
Şəhid hərbi tibb qulluqçusunun anasına Komitə adından məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ