Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
Tarix: 5-03-2021, 22:23
Baxılıb: 1 150
Google+ Paylaş
Tumblr Paylaş

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

5-03-2021, 22:23

Prezident Administrasiyasının iki şöbə müdiri YAP-da tutduqları vəzifələrini itiriblər. 
Avromedia.az xəbər verir ki, sözügedən vəzifəsini itirən şəxlər, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri, Zeynal Nağdəliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovdur. Onlar YAP-da Siyasi Şuranın üvləri kimi uzun müddət fəaliyyət göstəriblər.
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb.
Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə uyğun olaraq, YAP sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.  
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ