Köhnə avtomobillərin idxalına üstünlük verilir - Komitə sədri
Tarix: 4-03-2021, 12:46
Baxılıb: 5 736
Google+ Paylaş
Tumblr Paylaş

Köhnə avtomobillərin idxalına üstünlük verilir - Komitə sədri

4-03-2021, 12:46

Bu gün Azərbaycana idxal olunan nəqliyyat vasitələri ilə bağlı deyə bilərəm ki, nə qədər rüsumları artırasaq da, alıcılıq qabiliyyətində köhnə nəqliyyat vasitələrinin idxalına üstünlük verilir.
Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, gətirilən nəqliyyat vasitələrinin idxalı zamanı yeni nəqliyyat vasitələrinin insanların sağlamlığı ilə bağlı olması müzakirə olunur: "Avtomobil parkımızın son 10 ildə yenilənməsi üçün prosesi nəzərə alırıq. Bütün ölkələrdə qaçaqmalçılıqla bağlı rəqəmlər 22% təşkil edir. Son dövrlərdə pandemiya ilə əlaqədar olaraq fiziki şəxslərin gediş-gəlişi məhdudlaşdırıldığı üçün, 2020-ci ildə hesablamalarımıza görə, 1,5-2% həcmində qaçaqmalçılıq yolu ilə siqaretin ölkəyə gətirilməsi şansı var. Bu il həm yerli istehsal, həm də idxal tərkibli siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə nəzarət üçün işlər aparılır".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ