179 ərzaq satışı obyektində monitorinq aparıldı
Tarix: 27-02-2021, 19:39
Baxılıb: 5 693
Google+ Paylaş
Tumblr Paylaş

179 ərzaq satışı obyektində monitorinq aparıldı

27-02-2021, 19:39

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən daxil olan məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fevralın 22-dən 26-dək ölkə ərazisində fəaliyyət göstərən 179 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib.
Monitorinq keçirilən 154 ərzaq satışı müəssisəsində ümumilikdə 265 nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ