Millət vəkili şəhid ailələri ilə görüşdü
Tarix: 25-02-2021, 15:55
Baxılıb: 3 423
Google+ Paylaş
Tumblr Paylaş

Millət vəkili şəhid ailələri ilə görüşdü

25-02-2021, 15:55

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin (QMƏVŞİB) Tovuz rayon şöbəsinin sədri Əli Əliyev və bir qrup şəhid ailəsi üzvü ilə Milli Məclisdə görüşüb.
Q.Paşayeva şəhid ailələrinin hər kəs üçün doğma olduğunu deyərək, ürək sözlərini bölüşüb.
“Sizin kədəriniz kədərimiz, sevinciniz sevincimizdir, qayğınız qayğımızdır. Vətənimiz, dövlətimiz, xalqımız üçün öz canını fəda edən oğullar böyüdən hər ailə əzizimizdir”.
Q.Paşayeva Tovuzda 2020-ci ilin iyul döyüşləri və 44 günlük Vətən müharibəsi dövründə əhalinin doğru bilgiləndirilməsində iştirak edən, yerli dövlət orqanları ilə, şəhid ailələri, yaralı qazilərlə sıx təmasda olan və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində öz töhfələri ilə seçilən QMƏVŞ İB Tovuz rayon şöbəsinə, ümumən Tovuz rayon veteranlarına öz təşəkkürünü bildirib.
QMƏVŞ İB Tovuz rayon şöbəsibinin sədri Əli Əliyev Q.Paşayevanın şəhid ailələri, yaralı qazilərlə apardığı işə vurğu edərək, ona “Təşəkkürnamə” təqdim edib.
Komitə sədri “Təşəkkürnamə”yə görə minnətdarlığını bildirərək, "Vətənə xidmət hər birimizin müqəddəs borcudur. Şəhid ailələrinə, yaralı qazilərə diqqət-qayğının ən yaxşı örnəklərini ali dövlət rəhbərliyimiz yaradıb, bizlər də o örnəkləri özümüzçün rəhbər tuturuq”, - deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ