Covid 19 vaksinasiyasına PARTİYA RƏHBƏRLƏRİNDƏN REAKSİYA
Tarix: 25-02-2021, 11:45
Baxılıb: 3 031
Google+ Paylaş
Tumblr Paylaş

Covid 19 vaksinasiyasına PARTİYA RƏHBƏRLƏRİNDƏN REAKSİYA

25-02-2021, 11:45

Siyasi partiya rəhbərləri vaksinasiyaya necə baxır?
 
Covid 19 vaksinasiyasına PARTİYA RƏHBƏRLƏRİNDƏN REAKSİYA«Vaksinasiya hər kəs üçün vacibdir. Virus daha geniş yayılmasın, Azərbaycan əhalisi sağlam olsun deyə, bu vaksinasiya hökmən lazımdır».
Bunu siyasi partiya rəhbəri, yazıçı-publisist Yunus Oğuz deyib. "Gördüyünüz kimi, mən də indicə peyvənd olunmuşam, özümü çox yaxşı hiss edirəm və sizinlə rahat danışıram" - deyə, o bildirib.
Son dövrdə dünyada Covid 19-la mübarizədə vaksinasiya ilə bağlı proses davam edir, bu proses Azərbaycanda da başlayıb, bu baxımdan siyasi partiyalar da bu aksiyaya qoşulub.
Bunu isə Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.Covid 19 vaksinasiyasına PARTİYA RƏHBƏRLƏRİNDƏN REAKSİYA
Partiya sədri bildirib ki, siyasi partiya rəhbəri olaraq o da birinci vaksinasiya prosesinə qoşularaq peyvənd olunub və 2-ci peyvənd mart ayının 17-də olacaq: «Siyasilər belədir ki, hər zaman cəmiyyətin arasında olur. Bu məqsədlə bizim peyvənd olunmağımız zəruridir və həm öz təhlükəsizliyimiz, həm də başqalarının təhlükəsizliklərini qorumaq üçün bu vacib bir məsələdir. Bu vaksinasiya proseslərinə qoşulmaq lazımdır ki, ölkəmiz Covid 19-dan qurtulsun və normal iqtisadi-siyasi məsələləri təhlükəsiz yerinə yetirə bilək. Bu hər bir insanın özü üçün lazımdır, bu prosesdə hər kəsi iştirak etməyə dəvət edirik. Bu sağlam Azərbaycanın gələcəyinin formalaşması üçün vacib məsələdir». 
«Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyası keçirilir. Peyvəndlənmə məcburi olmasa da tibb mütəxəssisləri vaksinasiyadan keçməyi tövsiyə edirlər. Cəmiyyətdə tanınan simaların, siyasi, ictimai və mədəniyyət xadimlərinin ictimai şəkildə inyeksiya olunması insanlarda etimadı artırdığından mühüm əhəmiyyətə malikdir. Bu məqsədlə dünən yaşı 50-dən yuxarı bir neçə partiya sədri ilə birlikdə peyvənd vurulması məqsədilə müraciət etdik. Qısa müddətdə səhiyyə işçilərimiz xahişimizi yerinə yetirdilər. Proses tez, heç bir ağrı hiss etmədən və fəsadsız başa çatdı».
Covid 19 vaksinasiyasına PARTİYA RƏHBƏRLƏRİNDƏN REAKSİYABunu isə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
O qeyd edib ki, nədən özümüz belə bir təşəbbüslə müraciət etdik? COVİD-19 ötən dövrdə çoxlu dəyərli insanları aramızdan apardı. Onlar hələ xalqımız üçün çox böyük işlər görə bilərdilər: «Görüləcək işlər isə həddindən artıq çoxdur. Tariximizin bu şərəfli günlərində bizim xəstələnmək, koronavirus qurbanı olmaq haqqımız yoxdur. Dedi-qodulara, şayiələrə uymadan hər birimiz peyvəndləşmədən keçməli, özümüzü doğmalarımız xatirinə qorumalıyıq. Bir çox ölkələr vaksinləri əldə etməkdə çətinlik çəkdikləri halda dövlətimizin rəhbərliyi bu işi yüksək səviyyədə təşkil edib və ən etibarlı vaksinlərin gətirilməsini təmin edib. Yeri gəlmişkən, Ermənistan Rusiya istehsalı olan vaksinləri aldığı halda, Azərbaycan Çində istehsal olunan daha keyfiyyətli vaksinlərə üstünlük verib».
Bilman İSAQ
 скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ