Millət vəkili şəhid atası ilə görüşdü
Tarix: 22-02-2021, 12:36
Baxılıb: 5 675
Google+ Paylaş
Tumblr Paylaş

Millət vəkili şəhid atası ilə görüşdü

22-02-2021, 12:36

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Vüsal Şirinovun atası, Qusar rayonunun Ləgərqışlaq kənd sakini Novruz Şirinovla Milli Məclisdə görüşüb.
Görüşdə Axıska Türklərinin “Vətən” İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov iştirak edib.
Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş 18 yaşlı əsgərin atasına müraciət edən Q.Paşayeva əsgərin döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb. Bildirilib ki, şəhidimiz döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
“Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili deyib.
Şəhid atasına Komitə adından məktub və xatirə hədiyyələri təqdim edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ