Şəhid zabitin xanımı millət vəkili ilə görüşdü
Tarix: 19-02-2021, 10:48
Baxılıb: 6 791
Google+ Paylaş
Tumblr Paylaş

Şəhid zabitin xanımı millət vəkili ilə görüşdü

19-02-2021, 10:48

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, leytenant Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova, övladları Feyruz və Siruzla Milli Məclisdə görüşüb.
Millət vəkili şəhid zabitin ailəsinin qayğıları, oğullarının təhsili ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Zabitimiz Teymur Ababsov və onun silahdaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Şəhid zabitimiz haqqında filmlə də tanışıq, anasının, döyüş yoldaşlarının fikirləri ilə də. Teymur kimi vətəncanlı, mərd zabitlərimizlə hamımız qürur duyuruq, ancaq bu qürur ilk növbədə sizə aiddir.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!” – millət vəkili deyib.
Şəhid zabitin ailəsinə Komitə adından məktub və xatirə hədiyyələri təqdim edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ