Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək
Tarix: 25-06-2019, 15:33
Baxılıb: 1 743

Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək

25-06-2019, 15:33

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər
İctimai Birliyi tərəfindən "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə həyata keçirilir.
2019-cu ildə isə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə, bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.
Birliyin sədri Nigar Ələsgərova Avromedia.az-a bildirib ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin prioritet istiqamətlərindən biri “aktiv vətəndaşlıq”dır və bu istiqamət çərçivəsində birlik ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin icrasına töhfə verməyə, icrası aktuallıq kəsb mövzularla bağlı gənclərin maariflənməsinə xidmət etməkdədir.
Bu səbəblə də 2019-cu ilin “Nəsili ili” elan olunmasını əsas tutaraq cari layihə həyata keçirilir. Layihə çərçivəsində «İKİ ALƏMDƏ VARIM...» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı hazırlanıb. Qısa zaman sonra audio kitab internet resursları vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq. 
Həmçinin Nəsiminin həyat və yaradıcılığına aid faktları özündə əks etdirən, azərbaycan və ingilis dilində kitabça hazırlanıb. Bu istiqamətdə müxtəlif Nəsimişünas alimlərlə görüşlər, məsləhətləşmələr keçirilib. Bununla yanaşı Nəsiminin şəxsiyyətini, onun dünya və Azərbaycan ədəbiyyatında rolunu izah edən sənədli film çəkilib. Gələcəkdə filmdə ingilis və türk dillərində alt yazılar da yer alacaq ki, bu da xarici ölkələrdə təbliğat aləti kimi istifadə olunsun.
27 iyun tarixindən etibarən sənədli filmin və ümumilikdə layihə çərçivəsində hazırlanan maarifləndirici vasitələrin təqdimat mərasimləri baş tutacaq.
Beləki, 27 iyun saat 11:00-da Gəncə şəhərində YAP Gəncə Şəhər Təşkilatında, 28 iyun, saat 11:00 Şəmkir Gənclərin İnkişafı və Karyera Mərkəzində, 16:00-da isə Qazax Gənclərin İnkişafı və Karyera Mərkəzində, 29 iyun saat 11:00-da Mingəçevir Gənclər Evində təqdimatlar baş tutacaq. 
Bakı şəhərində isə Qaradağ Gənclər Evində (5 iyul, 11:00-da), Binəqədi Gənclər Evində (5 iyul, 16:00-da), Xəzər Gənclər Evində (9 iyul, 11:00-da), Sabunçu Gənclər Evində (9 iyul, 16:00-da) və Suraxanı Gənclər Evində (10 iyul, 11:00-da) təqdimatlar keçiriləcək.
Təqdimatlarda ümumilikdə 1000 nəfər gəncin iştirakı gözlənilir. Bağlanış tədbiri isə 12 iyul Bakı Konqres Mərkəzində təntənəli şəkildə baş tutatacaqdır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ