Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu
Tarix: 26-01-2021, 23:04
Baxılıb: 1 130
Google+ Paylaş
Tumblr Paylaş

Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu

26-01-2021, 23:04

Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq əksər sürücülər tərəfindən qaydalara əməl olunmur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Avromedia.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti, kütləvi qanunsuz parklanma halları müşahidə olunur:

“Bu səbəbdən gün ərzində bu ictimai nəqliyyat dəhlizindən keçən 43 marşrut xətti üzrə 700-dən çox avtobusun hərəkət qrafiki pozulur, intervallar gecikir.

Nəticədə hər gün yüz minlərlə ictimai nəqliyyat istifadəçisi ciddi çətinliklərlə və vaxt itkisilə üzləşir. Sərnişinlərin səyahət müddəti lüzumsuz səbəbdən artır, dayanacaqlarda və avtobuslarda sıxlıqlar yaranır ki, bu da mövcud pandemiya şəraitində xüsusilə arzuolunmaz

Həmçinin bildirilib ki, zolaqların tələblərinin pozulması eyni zamanda ümumi nəqliyyat axınına da mənfi təsir edir, sıxlıq və tıxac hallarını artırır:

“Bir daha sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanının tələbinə əməl etsinlər”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ