Yeni sayğacları onlayn idarə etmək mümkün olacaq
Tarix: 26-01-2021, 18:56
Baxılıb: 5 620
Google+ Paylaş
Tumblr Paylaş

Yeni sayğacları onlayn idarə etmək mümkün olacaq

26-01-2021, 18:56

Vətəndaşlar artıq 10 ildir ki, iki növ sayğacdan - mexaniki-elektron və əvvəldən ödənişli (smart-tipli) sayğaclardan istifadə edirlər. Ən müasir smart-tipli 30 min ədəd sayğac artıq Bakıdadır, gələn ay əlavə 60 mini də gətiriləcək.
Bu sözləri jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
Yeni smart-tipli sayğacların əvvəlkilərdən daha çox funksiyasının olduğunu deyən R.Əliyev qeyd edib:
“Tezliklə bu sayğacların da paylanmasına və quraşdırılmasına başlanılacaq. Abonentləri narahat edən bloka düşmə, kartın oxunmaması, kartda rəqəmlərin görünməməsi və sair proseslər bu sayğaclarda yoxdur”.
“Həmçinin mexaniki-elektron tipli sayğaclara da əlavə xüsusi qurğular quraşdırılır. Həmin avadanlıq vasitəsilə sərfiyyatın kənardan görünməsi və borclu abonentlərin qazının açılıb-bağlanması proseslərini onlayn rejimdə həyata keçirmək mümkün olacaq”, - deyə R.Əliyev vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ