Prezidentin nazir təyin etdiyi Nəbiyevdən ilk açıqlama
Tarix: 26-01-2021, 15:20
Baxılıb: 5 876
Google+ Paylaş
Tumblr Paylaş

Prezidentin nazir təyin etdiyi Nəbiyevdən ilk açıqlama

26-01-2021, 15:20

44 günlük müharibədə Ordumuzun göstərdiyi peşəkarlıq nümayiş etdirdi ki, bu gün Azərbaycanda istənilən sahədə güclü kadr potensialı formalaşmışdır. Sizin seçim imkanlarınızın geniş olduğu bir təqdirdə mənə bu yüksək etimadı göstərdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm və bu fakt özlüyündə mənim məsuliyyətimi daha da artırmış olur.
Bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevlə görüş zamanı deyib.
"Görülən işlərə verdiyiniz qiymətlə bağlı isə qeyd edim ki, Sizdən bu sözləri eşitmək şərəfli olduğu qədər də məsuliyyətlidir. Amma heç şübhəsiz ki, Sizin yürütdüyünüz xarici siyasət nəticəsində ölkəmizin etibarlı tərəfdaş imici olmasaydı, heç bir dövlət peyklər kimi yüksək texnoloji məhsulları bizə ixrac etməzdi. Eyni zamanda, cənab Prezident, Sizin yürütdüyünüz daxili siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti və nəticə etibarilə maliyyə resurslarımız olmasaydı, bu peykləri əldə etmək imkanımız da olmazdı. Ən başlıcası isə, cənab Prezident, Sizin kosmik sənayenin inkişafına göstərdiyiniz davamlı diqqət və qayğı uğurlarımızı şərtləndirən əsas amillər olmuşdur. Mənim və həmkarlarımın üzərinə düşən vəzifə isə, sadəcə, bu əlverişli vəziyyətdən istifadə edərək Sizin etimadınızı doğrultmaq idi. Yeni təyinatla üzərimə düşən vəzifələri və bu vəzifələrdən irəli gələn şəxsi məsuliyyətimi də tam şəkildə dərk edirəm. Nazirliyin tabeliyində olan müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün onların ən qısa zamanda korporativləşmələrinin vacib olduğunu anlamaqla yanaşı, əsas vəzifəmizin sahə üzrə, yəni, nazirliyə həvalə edilmiş sahə üzrə effektiv dövlət siyasətinin həyata keçirilməsi, ədalətli tənzimləmə mexanizmlərinin yaradılması və nəticə etibarilə ədalətli rəqabət mühitinin formalaşdırılmasıdır.
Cənab Prezident, Siz hər zaman söyləyirsiniz ki, əgər ədalətli rəqabət mühiti formalaşarsa, o zaman həmin sektora xarici investisiyaların axını baş verər və bu da özlüyündə yalnız həmin sektorda deyil, ümumiyyətlə, ölkədə innovasiya və texnologiyaların inkişafını təşviq etmiş olar.
Cənab Prezident, sonda icazə verin, Sizi əmin edim ki, iqtisadi islahatların dərinləşməsi ilə bağlı qarşıya qoyduğunuz tapşırıqlara da sahə nazirliyi olaraq öz töhfəmizi verə bilmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Həmkarlarımla birlikdə nazirliyin səlahiyyətləri çərçivəsində qəbul edəcəyimiz bütün qərarların və atacağımız bütün addımların əsas qiymətləndirmə meyarı Sizin siyasətinizin ayrılmaz hissəsi olan Azərbaycan vətəndaşlarının sosial maraqlarının qorunması olacaqdır. Göstərdiyiniz bu yüksək etimada görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Çalışacağıq ki, bütün işimizdə Sizin etimadınızı doğruldaq. Cənab Prezident, çox sağ olun", - o bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ