Qarlı hava neçə gün davam edəcək?
Tarix: 21-01-2021, 12:00
Baxılıb: 5 620
Google+ Paylaş
Tumblr Paylaş

Qarlı hava neçə gün davam edəcək?

21-01-2021, 12:00

Artıq bu gün siklon ölkəmizi tədricən tərk edəcək. Qərb rayonlarında yağıntılar günün birinci yarısında, şərq rayonlarında isə axşam kəsiləcək.
Bunu ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, ölkə ərazisindən Aralıq dənizi siklonunun keçməsi nəticəsində soyuq yağıntılı qarlı hava hökm sürür. Yağan qar hətta aran rayonlarında da qar örtüyünün əmələ gəlməsinə səbəb olub.
U.Tağıyeva bildirib ki, Salyanda 6 sm, Neftçala 1 sm. qar yağıb. Ən çox qar örtüyü isə Şarıbaşda (Qax) 45 sm, Ağdərədə (Ordubad) 27 sm, Şamaxıda 25 sm, Daşkəsəndə 22 sm, Şərurda 20 sm, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18 sm, Qəbələ, Şəki, Altıağacda 17 sm, Lerikdə 14 sm olub. Göygöldə, Kəlvəz, Şahbuzda, Quba, Qrızda, Yardımlıda, Naxçıvan, Sədərək, Mərəzədə, Xaçmaz, Xaltanda, Şahdağda, Oğuzda, Astarada 1sm-dən -13 sm-dək olub. Bəzi rayonlarda və Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı yarım aylıq normaya bərabər olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ