Kapital Bank 2020-ci ilin nəticələrini elan edib
Tarix: 21-01-2021, 11:26
Baxılıb: 5 621
Google+ Paylaş
Tumblr Paylaş

Kapital Bank 2020-ci ilin nəticələrini elan edib

21-01-2021, 11:26

Kapital Bankın aktivləri 1 yanvar 2021-ci il tarixinə 5,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.
 Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2021-ci il tarixinə 3,8 milyard manat olub.
Bankın 1 yanvar 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 537 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ