Millət vəkili şəhid Ədalətin atası ilə görüşdü
Tarix: 18-01-2021, 11:09
Baxılıb: 5 729
Google+ Paylaş
Tumblr Paylaş

Millət vəkili şəhid Ədalətin atası ilə görüşdü

18-01-2021, 11:09

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Qadir Heydərovun atası Ədalət Heydərovla görüşüb.
Qənirə Paşayeva qəhrəman şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.
“Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”, - millət vəkili bildirib.
Qeyd olunub ki, Qadir Heydərov Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Q.Paşayeva şəhid əsgərin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ