"Telli oğlan" şəhid Elşən Əhmədli
Tarix: 16-01-2021, 17:51
Baxılıb: 3 229
Google+ Paylaş
Tumblr Paylaş

"Telli oğlan" şəhid Elşən Əhmədli

16-01-2021, 17:51

Qarabağ uğrunda qəhrəmancasına döyüşən və şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də 23 yaşlı Elşəndir.

Elşən Elbrus oğlu Əhmədli 11 iyul 1997-ci ildə Oğuz rayonunda anadan olub. 2003-cü ildə şəhid Emin Abdullayev adına Oğuz rayon 2 nömrəli tam orta məktəbə daxil olub. 2008-ci ildə təhsilini Oğuz rayonu 3 nömrəli məktəb-liseydə davam etdirib və 2014-cü ildə həmin məktəb-liseyi uğurla bitirib. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə bakalavr təhsili alıb. Təhsilini bitirdikdən sonra o, 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb və Xüsusi Təyinatlı Qüvvələrin tərkibində uğurla xidmət edib. 2020-ci il sentyabrın 27-də müharibəyə yollanıb. O, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Elşənin son döyüş meydanı Şuşa-Xankəndi istiqaməti olub. Noyabrın 8-də bu istiqamətində gedən ağır döyüşlərin birində şəhid olub.

Anası Şərafət xanım danışır ki, Elşən çox təmkinli, az danışan biri olub: “Elşənin sanki öz dünyası vardı. Heç kimlə işi olmazdı. Çox tərbiyəli, başıaşağı idi. Dost-tanışı arasında özünə elə bir hörmət qazanmışdı ki... Çoxsunu elə şəhidliyindən sonra tanımışıq. Hamısı da fəxrlə danışır. Necə mərd olduğunu, necə qeyrətli olduğunu anladırlar bizə. İşgüzar idi. Neçə kilometrlərlə yol gedərdi, yorulmazdı. Həm də az danışardı. 5 sual verərdin, birinə ancaq cavab verərdi. Əsgərlikdən suallar verirdik, heç nə danışmazdı. Deyirdi, hərbi sirdir. Dəfninə əsgər yoldaşı gəlmişdi. Xatirələrdindən danışdı. Deyir, xidmət vaxtı hamı ona “ağsaqqal” deyərmiş. Çox təmkinli idi. Hamının hörmətini qazanmışdı”. Anasının sözlərinə görə, Elşənin sinif yoldaşları, müəllimləri xətrini çox istəyib: “Məktəb vaxtı saçı bir az uzun olduğu üçün ona “telli oğlan” deyə müraciət edirdilər. Həssas idi, gözündən heç nə yayınmazdı”, - deyə anası əlavə edib.

Şəhidimiz noyabrın 17-də Oğuz rayon Şəhidlər Xiyabınında dəfn olunub. Elşən Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən ugrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına” görə medalları ilə təltuf olunub.

Allah rəhmət eləsin

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ