Vaksinasiyada iştirak edən cəmi 29 nəfər virusa yoluxub
Tarix: 16-01-2021, 11:51
Baxılıb: 5 729
Google+ Paylaş
Tumblr Paylaş

Vaksinasiyada iştirak edən cəmi 29 nəfər virusa yoluxub

16-01-2021, 11:51

Hazırda dünyada istifadə olunan əksər vaksinlərin insana tətbiq edilməsində ikili doza istifadə olunur.
Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, ikinci doza 21 gün sonra tətbiq edilir:
"Hazırda dünyada COVID-19 əleyhinə istifadə olunan vaksinlərin effektivliyi 95-97 faiz arasındadır.
İyul ayından etibarən aparılan danışıqlar nəticəsində vaksinlər iki tərəfli və çoxtərəfli danışıqlar əsasında aparılır. Çoxtərəfli danışıqlar olan COVAX-da iştirakın üstünlükləri arasında beynəlxalq təşkilatların dəstəyi mövcuddur. İkitərəfli danışıqlarda isə Sinovac vaksini yer alır. Bu vaksin ənənəvi və etibarlıdır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri asandır. Türkiyədə aparılan kliniki sınaqlardan sonra vaksin ölkəmizə gətiriləcək. Yaxın günlərdə sentyabrda başlanan kliniki sınaqların üçüncü mərhələsi başa çatacaq. Vaksinasiyada iştirak edən cəmi 29 nəfər virusa yoluxub. 26 nəfərdə placebo, 2 nəfər isə həqiqi vaksin vurulan şəxsdir ki, vaksin 91,25 faiz effektivdir. Placebo vurulan şəxslərdən 6 nəfər xəstəliyi ağır keçirib.
Qeyd etməliyik ki, Türkiyə Sinovac şirkətindən 50 milyon vaksin sifariş edib. Əhalinin hədəf qruplarını vaksinasiyada aktiv iştirak etməyə çağırırıq"
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ