Cəmi 5 saat yatmışam, dünənki gün çox həyəcanlı idi - Əliyev
Tarix: 15-01-2021, 19:02
Baxılıb: 5 625
Google+ Paylaş
Tumblr Paylaş

Cəmi 5 saat yatmışam, dünənki gün çox həyəcanlı idi - Əliyev

15-01-2021, 19:02

Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir.
Bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşaya səfəri çərçivəsində yanvarın 15-də yenidən Cıdır düzündə olarkən deyib.
"Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!", - İ.Əliyev vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ