Bərpa prosesinin məhz Şuşadan başlaması bir mesajdır
Tarix: 15-01-2021, 15:22
Baxılıb: 5 621
Google+ Paylaş
Tumblr Paylaş

Bərpa prosesinin məhz Şuşadan başlaması bir mesajdır

15-01-2021, 15:22

“Ölkə başçısının Şuşaya səfəri və Füzulidə hava limanının təməlqoyma mərasimində iştirakı gözlənilən məsələ idi. Prezident təhlükəsizliklə bağlı müəyyən problemlərə baxmayaraq, borcu bilir ki, məhz öz addımları ilə prosesi sürətləndirsin”.
Bunu  açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ölkə Prezidenti İlham Əliyevin Şuşa və Füzuli səfərlərini şərh edərkən deyib. Millət vəkili bildirib ki, bu da cəmiyyətdə mənəvi baxımdan dəyişim deməkdir:
“Eyni zamanda, insanların gələcəyə inamını artırma baxımından olduqca önəmli addımdır. Prezidentin bu istiqamətdə atdığı addımlar, Füzulidə hava limanının təməlqoyma mərasiminin keçirilməsi Füzulinin bərpası ilə bağlı bir düşüncənin təqdim olunması deməkdir. Bundan başqa, Şuşaya Xurşidbanu Natəvanın heykəlinin daşınması Natəvanın adı ilə bağlı olan Şuşa mənəvi aurasının yeniləşməsi anlamına gəlir. Bu həm də bir mesajdır”.
Deputatın fikrincə, bu o deməkdir ki, artıq işğaldan azad olunmuş torpaqlarda Azərbaycan Prezidenti mütləq mənada bu torpağın sahibi olduğunu nümayiş etdirir:
“Bütün bunlar bizim üçün yeni bir dövrün başlanğıcıdır. Bərpa dövrünün məhz Şuşadan başlaması, məhz bu davranışlarla mesajın verilməsi olduqca vacibdir. Çünki cəmiyyətimizdə gələcəyimiz, Qarabağın bərpası, dirilişi ilə bağlı müsbət əhval-ruhiyyənin yaranmasına xidmət edir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ