Vətən müharibəsində əhaliyə və infrastruktura dəyən ziyan açıqlanıb
Tarix: 14-01-2021, 20:17
Baxılıb: 5 625
Google+ Paylaş
Tumblr Paylaş

Vətən müharibəsində əhaliyə və infrastruktura dəyən ziyan açıqlanıb

14-01-2021, 20:17

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın məbləği məlum olub.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, ümumilikdə dəymiş ziyanın məbləği təxminən 91 milyon manatdır: “Nəqliyyat vasitələri üzrə dəymiş ziyan 400 min manat məbləğində, kənd təsərrüfatı üzrə (mal-qara, texnika və s.) 1 milyon 311 min manat, sahibkarlıq subyektləri üzrə (avadanlıq, alət) 2 milyon 500 min manat, Tərtər Pambıq zavoduna 3 milyon 524,6 min manat, infrastruktur üzrə (avtomobil yolları, poçt, rabitə, elektrik, qaz və su təchizatı, informasiya təminatı) 27 milyon 410 min manat, fərdi yaşayış, çoxmənzilli evlər və digər tikililər üzrə 19 milyon 200 min manat və s. zərərlər qiymətləndirilib”.
Qeyd edək ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli sərəncamına əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyasına 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ