Qaz sayğacları hələ də sıfırlanmayıb? - Açıqlama
Tarix: 14-01-2021, 19:02
Baxılıb: 5 623
Google+ Paylaş
Tumblr Paylaş

Qaz sayğacları hələ də sıfırlanmayıb? - Açıqlama

14-01-2021, 19:02

Respublika ərazisində mexaniki-elektron qaz sayğacları üzrə illik limitin sıfırlanması prosesi başa çatıb.
Bunu bəzi rayonlarda sayğaclarda qaz limitinin sıfırlanmaması ilə bağlı iddialara cavab verən Azəriqaz İB-nin mətbuat katibi Ceyhun Səfər deyib. O bildirib ki, mexaniki-elektron sayğaclarının oxunuşuna ilin əvvəlindən start verilib:
"Yanvarın ilk 4 günü qeyri-iş günü olduğu üçün mexaniki-elektron sayğacların oxunuş prosesinin ayın 10-a qədər tamamlanacağı planlaşdırılmışdı. Ayın 9-u günorta saatlarına qədər 1 milyon 282 min 500-dən mexaniki-elektron sayğacın oxunması təmin edilib və məlumatlar bazaya yüklənib. Məlumatların yüklənməsindən etibarən isə 2200 kubmetrlik güzəştli limit həddindən istifadəyə start verilib. Bu prosesin gedişatında biz əvvəlcədən abonentlərə müraciət edərək bildirmişdik ki, onların istəyindən asılı olaraq sayğac göstəriciləri vaxtından əvvəl, yəni yanvarın ilk günlərində bazaya yerləşdirilə bilər. Bunun üçün sayğacların fotolarını bizim yayımladığımız Votsap nömrəsinə göndərməli idilər. Bununla əlaqədar bizə 1334 foto göndərildi, lakin 142 foto yararlı olmadığı üçün onlar qeydə alınmadı".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ