"Usubovun son əmri" xəbəri təkzib edildi
Tarix: 21-06-2019, 13:30
Baxılıb: 1 647

"Usubovun son əmri" xəbəri təkzib edildi

21-06-2019, 13:30

Daxili İşlər Nazirliyi polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya bildirib ki, bəzi KİV-də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bununla bağlı müvafiq əmrin imzalanması barədə yayılan məlumatlar yalandır. Polis general-mayoru Elxan Həsənov hazırda xidməti vəzifəsini icra edir”.
Qeyd edək ki, bu gün bəzi KİV-də R.Usubovun daxili işlər naziri kimi son əmrinin E.Həsənovun təqaüdə göndərilməsi ilə bağlı olduğu haqda məlumat yayılıb.
Xatırladaq ki, polis general-mayoru Elxan Həsənov daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə”, 2018-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ