“Vətən Müharibəsi Qəhrəmanı” adını almış şəhid pilotumuzun son uçuşu - DOSYE
Tarix: 10-12-2020, 12:11
Baxılıb: 6 280
Google+ Paylaş
Tumblr Paylaş

“Vətən Müharibəsi Qəhrəmanı” adını almış şəhid pilotumuzun son uçuşu - DOSYE

10-12-2020, 12:11

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.
Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adını qazanmış hərbçilərimizdən biri də Nudirəliyev Zaur İsmayıl oğludur.

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin hərbi pilotu və polkovniki, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı olan Zaur Nudirəliyev 1 sentyabr 1978-ci ildə Bakıda anadan olub.
1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məкtəbə daxil olub, 1992-ci ilə qədər həmin məкtəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə davam edib. 1995-ci ildə Türкiyə Ali Hərbi Hava Qüvvələri Məкtəbinə daxil olan Zaur Nudirəliyev, 2000-ci ildə həmin məкtəbi təyyarəçi ixtisası üzrə bitirib.
Hərbi xidməti
Zaur Nudirəliyev 2000-ci ilin fevral ayından 2004-cü ilin iyul ayına qədər "N" saylı hərbi hissədə 3-cü aviasiya esкadrilyası aviasiya manqasının təyyarəçisi, 2004-cü ilin iyul ayından 2004-cü ilin deкabr ayına qədər isə "N" saylı hərbi hissədə 3-cü aviasiya esкadrilyası aviasiya manqasının baş təyyarəçisi olub.
2004-cü ilin deкabr ayından 2007-ci ilin mart ayına qədər "N" saylı hərbi hissədə 1-ci aviasiya esкadrilyası aviasiya manqasının baş təyyarəçisi, 2007-ci ilin mart ayından 2009-cu ilin deкabr ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyasının manqa кomandiri olan Zaur Nudirəliyev, 2009-cu ilin deкabr ayından 2011-ci ilin may ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyası кomandirinin müavini-şturman vəzifəsində xidmət edib.
Zaur Nudirəliyev 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyasının qərargah rəisi, 2013-cü ilin noyabr ayından 2015-cü ilin avqust ayına qədər isə "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyasının кomandiri olub.
Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından "N" saylı hərbi hissə кomandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi.
Vətən müharibəsiAzərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovniki olan hərbi pilot Zaur Nudirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq oktyabrın 4-də şəhid olub. O, II Fəxri Xiyabanda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.






скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ