SON DƏQİQƏ: Bu rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldı
Tarix: 5-12-2020, 16:47
Baxılıb: 5 558
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ: Bu rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldı

5-12-2020, 16:47

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.
Operativ Qərargahdan bildirilib ki, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ