Suqovuşandan yeni görüntülər yayıldı: Elektrik stansiyaları isə... - RƏSMİ VİDEO
Tarix: 5-12-2020, 13:55
Baxılıb: 4 000
Google+ Paylaş
Tumblr Paylaş

Suqovuşandan yeni görüntülər yayıldı: Elektrik stansiyaları isə... - RƏSMİ VİDEO

5-12-2020, 13:55

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Suqovuşan” elektrik stansiyalarından görüntülər yayıb.

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji  obyektləri mövcuddur ki, onlardan biri də Suqovşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarıdır (KSES). 

Onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır. Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. 
Belə ki, işğaldan azad edilən Suqovşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən, idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar,  yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb.

Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün ayihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən işlər üç ay müddətində həyata keçirilərək, elektrik stansiyaları istismara veriləcək. 

“Suqovuşan” KSES-lərin mövcud vəziyyətini əks etdirən videoçarxı təqdim edirik.



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ