Ermənilər əcnəbi muzdlulardan fəal istifadə edirdi - Prezident
Tarix: 21-11-2020, 18:44
Baxılıb: 5 630
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilər əcnəbi muzdlulardan fəal istifadə edirdi - Prezident

21-11-2020, 18:44

Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
“Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir”, - İlham Əliyev bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ