Xalqımızın QƏLƏBƏ SEVİNCİ-REPORTAJ
Tarix: 10-11-2020, 10:05
Baxılıb: 7 833
Google+ Paylaş
Tumblr Paylaş

Xalqımızın QƏLƏBƏ SEVİNCİ-REPORTAJ

10-11-2020, 10:05

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və bu gün Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra respublikamızın şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini birlikdə bölüşürlər.
Avromedia.az xəbər verir ki, Azərbaycan xalqının şənliyi gecə saatlarında başlayıb və hələ də davam edir.
Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, Qarabağ şüarları səsləndirən yüz minlərlə, milyonlarla insan coşqu hissi ilə müxtəlif istiqamətlərdə qələbə yürüşünə start veriblər. Ölkəmizin bütün şəhər və rayonlarında xalq yürüşü keçirilir. Vətəndaşlar müzəffər Azərbaycan Ordusuna, habelə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər, növbəti dəfə həmrəyliklərini ifadə edirlər.
Tarixi gün respublikamızla yanaşı, digər ölkələrdə də qeyd edilir. Belə ki, dünyanın ayır-ayrı ölkələrində yaşayan həmvətənlərimiz təntənəli şəkildə Qarabağ zəfərini qeyd edirlər.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ