Azərbaycanın Xalq artistinin həyat yoldaşı Vyana terrorunun şahidi oldu - VİDEO
Tarix: 3-11-2020, 08:45
Baxılıb: 5 094
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın Xalq artistinin həyat yoldaşı Vyana terrorunun şahidi oldu - VİDEO

3-11-2020, 08:45

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun arvadı, vokal ifaçısı Anna Netrebko Vyana baş verən terrorun şahidi olub. 
Bununla bağlı o, “Instagram” hesabında məlumat verib. 
O bildirib ki, terror hücumu zamanı qonşuları ilə birlikdə qaldığı binanın damına çıxıb. İfaçının sözlərinə görə, Vyanada qaldığı evin yerləşdiyi məhəllədə atəş səsləri eşidilib:
“Burada silah səsləri eşidildi, yaxınlığımızda idi. Biz yaxşıyıq, qonşumuz atışmanı görüb, çox qorxub”, - o bildirib və əlavə edib ki, hazırda sakinlər bu hadisə ilə bağlı məlumatlar gözləyirlər.
Qeyd edək ki, axşam saatlarında silahlı şəxslər eyni zamanda Vyanada altı məkana hücum ediblər. Hadisə nəticəsində iki nəfər ölüb, 14 nəfər yaralanıb. 
Polis silahlılardan birinin öldürüldüyünü deyib. Avstriyanın baş naziri Sebastian Kurts hadisəni terror aktı adlandırıb.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ