Keçmiş döyüşçü ön cəbhəyə getmək istəyir
Tarix: 31-10-2020, 22:06
Baxılıb: 1 132
Google+ Paylaş
Tumblr Paylaş

Keçmiş döyüşçü ön cəbhəyə getmək istəyir

31-10-2020, 22:06

Torpaqlarımızın işğaldan azad olunması naminə davam edən Vətən müharibəsində iştirak etməyə hazıram. Buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində qeydiyyatdan keçmişəm.
Avromedia.az bu sözləri Axar.az-ın bölgə müxbirinə Birinci Qarabağ müharibəsinin iştirakçısı Elşən Süleymanov deyib.
E.Süleymanov hazırda Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə hərbi müəllim kimi çalışır. O deyib ki, Vətən müharibəsində vaxtilə dərs dediyi 3 şagirdi şəhidlik zirvəsinə yüksəlib. Onların xatirəsinə 7 nömrəli məktəbdə xatirə güşəsi də yaradıblar.
Qeyd edək ki, Elşən Dursunəli oğlu Süleymanov 1971-ci ildə Göyçayın Yenikənd kəndində anadan olub. 1989-cu ildə Sovet ordusunda həqiqi hərbi xidmət keçib. Tank bölməsində komandir olub.
Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ