Cenevrə görüşü: Bakı nə əldə etdi? – Şərh
Tarix: 31-10-2020, 12:39
Baxılıb: 3 419
Google+ Paylaş
Tumblr Paylaş

Cenevrə görüşü: Bakı nə əldə etdi? – Şərh

31-10-2020, 12:39

Cenevrə görüşündə qəbul edilən bəyanat, sadəcə, görüşün nəticəsiz bitməməsi üçün qəbul edilmiş məntiqsiz bir kağız parçasından başqa bir şey deyil. Deyə bilərəm ki, Cenevrə görüşü nəticəsiz qaldı.
Bu sözləri açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan-Azərbaycan Xarici İşlər nazirlərinin iştirakı ilə baş tutan görüşü şərh edərkən deyib.
Politoloq bildirib ki, Cenevrə görüşü gözlənildiyi kimi, elə də ciddi bir bəyanat və ya hadisə ilə yadda qalmadı:
“Görüş zamanı tərəflər arasında mülki şəxsləri və obyektləri hədəfə almamaq barədə razılıq əldə edildi. Bəyanatın digər bəndləri əsasən, tərəflərin humanitar qaydalara riayət etməsi yönündə oldu. Yəni heç bir atəşkəs razılaşması imzalanmadı. Ancaq hər iki tərəf savaşı müharibə qaydalarına uyğun aparacağını bildirib”.
Q.Hüseynlinin sözlərinə görə, Cenevrə görüşündə verilən bəyanatın heç bir mənası yoxdur. İlk növbədə ona görə ki, hər iki tərəfin qoşulduğu konvensiyalar onsuz da tərəfləri müharibə zamanı bir çox qaydalara riayət etməyə vadar edir:
“Hərçənd Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutması adi hala çevrilib. Ermənistanın beynəlxalq konvensiyalara əməl etməyib, bir bəyanata əməl edəcəyinə inanmaq çətindir”.
Politoloq görüşün bu nəticə ilə bitməsinin Azərbaycana sərf etdiyini deyib:
“Birincisi, bəyanatda Azərbaycan üzərinə heç bir öhdəlik götürməyib. Əməliyyatların uğurla davam etdiyi belə bir zamanda hər hansı bir hüquqi öhdəlik bizə lazım deyildi.
İkincisi, Cenevrə görüşündən sonra bir müddət bu kimi görüşlərin olacağını düşünmürəm.
Nəticə etibarilə görüşdən əvvəl ölkə başçısının dediyi kimi, bundan öncə dəfələrlə nəticəsiz görüşlər keçirilib. Bu görüş də onlardan fərqlənmədi”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ