Dağlıq Qarabağa həyat qayıdacaqdır
Tarix: 31-10-2020, 10:21
Baxılıb: 4 229
Google+ Paylaş
Tumblr Paylaş

Dağlıq Qarabağa həyat qayıdacaqdır

31-10-2020, 10:21

30 ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzkar və işğalçı siyasətindən əziyyət çəkir. 25 ildir ki, atəşkəs elan edilsə də, zaman-zaman cəbhə xəttində qısamüddətli savaşlar baş tutur, əsgərlər həlak olur, yaralanır, bəzən konflikt zonalarında yaşayan dinc insanlar da bu savaşlardan əziyyət çəkir. Müharibənin ilk beş ili boyunca Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindən bir milyona yaxın insan köçkün düşdü. Şəhərləri, rayonları, kəndləri işğal edilən bir milyon insan Azərbaycanın təhlükəsiz rayonlarında yerləşməyə məcbur oldu. Bu günlərdə açıq-aydın görünür ki, cənab İlham Əliyev xalqımıza Milli həmrəyliyi bəxş edib. Ərazi bütövlüyümüzün bərpası bütün xalqımız üçün bir nömrəli vəzifə olaraq qarşımızda durur. 
Bu həmrəylik, bu birlik ondan xəbər verir ki, xalq Ali Baş Komandanın və rəşadətli ordusunun yanındadır və tez bir zamanda bu ordu torpaqlarımızı işğaldan azad edəcək, üçrəngli zəfər bayrağımız Xankəndidə, Şuşada və diğər işğal olunmuş torpaqlarımızda sancılacaq. İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaqdır. Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcəkdir. Ölkə başçısının da dediyi kimi, Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın. Sentyabr ayının 27-dən etibarən ordumuzun qətiyyətli əks-hücum əməliyyatları nəticəsində xeyli sayda yaşayış məntəqələrimiz, strateji yüksəkliklərimiz, o cümlədən 27 ildir işğaldan azad olunmağı gözləyən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri işğaldan azad edilib, tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldılıb. Biz hər birimiz əminik ki, üçrəngli müqəddəs bayrağımız cənab Ali Baş Komandanın və Ordumuzun sayəsində tezliklə Qarabağda da, Şuşada da dalğalanacaqdır. Qarabağa həyat qayıdacaqdır. Bunu dövlətimizin başçısı çıxışında da qeyd edərək bildirib ki: "Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”. İşğaldan azad olunan torpaqlar Azərbaycan xalqının sevinc göz yaşlarının səbəbidir. Ölkə başçısının da vurğuladığı kimi: "Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi”. Ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Mətanət Abdullayeva, 
137 saylı orta məktəbin direktoru
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ