Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
Tarix: 30-10-2020, 22:17
Baxılıb: 1 014
Google+ Paylaş
Tumblr Paylaş

Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək

30-10-2020, 22:17

Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.
Avromedia.az Report-a istinadən xəbər verir ki, onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.
Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Bursa vilayətində Polad Həşimovun adını daşıyan parkın açılışı olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ