Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verdi
Tarix: 30-10-2020, 21:05
Baxılıb: 1 121
Google+ Paylaş
Tumblr Paylaş

Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verdi

30-10-2020, 21:05

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.
Avromedia.az xəbər verir ki, paylaşımda deyilir:
"Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ