Ordumuz dünyanın ən güclü RLS-ini məhv etdi
Tarix: 30-10-2020, 15:51
Baxılıb: 3 732
Google+ Paylaş
Tumblr Paylaş

Ordumuz dünyanın ən güclü RLS-ini məhv etdi

30-10-2020, 15:51

Azərbaycan PUA-sı dünyanın ən yüksək effektivli radiolokasiya stansiyalarından birini məhv edib.


Bu barədə Rusiyanın “Avia.pro” saytı məqalə dərc edib.


Məqalədə qeyd olunur ki, Azərbaycanın “Bayraqdar TB2” PUA-sı isə “görünməyən” təyyarələri belə aşkarlaya biləcək P-18 radiolokasiya stansiyasını məhv edə bilib.


P-18 RLS on kilometrdən bir neçə yüz kilometrədək məsafədə uçuş aparatlarının istənilən tipini aşkar edə bilən ən etibarlı stansiyalardan biri sayılır.


“RLS-in hansı istiqamətdə məhv edildiyi məlum deyil, amma hazırkı duruma əsasən əminliklə demək olar ki, Ermənistan və “dqr” hava məkanına nəzarət etmək imkanından məhrum olub”, - məlumatda vurğulanıb.


Xatırladaq ki, dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ