Heç bir qüvvə xalqımızın iradəsi qarşısında duruş gətirə bilməz
Tarix: 29-10-2020, 20:39
Baxılıb: 3 226
Google+ Paylaş
Tumblr Paylaş

Heç bir qüvvə xalqımızın iradəsi qarşısında duruş gətirə bilməz

29-10-2020, 20:39

Bu gün rəşadətli ordumuz öz qələbə salnaməsini yazır. Yüksək peşəkarlıq, məharət, şücaət, qəhrəmanlıq, fədakarlıq nümayiş etdirən ordumuz haqqı, ədaləti bərpa edir. Qazandığımız qələbələr, şəhər və kəndlərimizin azğın düşməndən təmizlənməsi, düşmənin saysız-hesabsız itkilər verməsi, geri çəkilməsi, həm də xalqımızın birliyini, həmrəyliyini, vətəndaşlarımızın torpaqlarımızın azadlığı üçün hər bir çətinliyə dözməyə qadir olduğunu sübut edir. Hazırda Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldə edən qəhrəman Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın dəyəri təqribən 2 milyard dollar səviyyəsindədir. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır və Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmaqdadır. Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməyin zamanını gözləyir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər.
Bütün bunlara baxmayaraq, döyüş meydanında Azərbaycan ordusuna məğlub olan Ermənistanın baş naziri regionda olan başqa qüvvələri qurduğu oyuna cəlb etmək istəyir. Lakin Azərbaycanın müdrik lideri dəfələrlə açıqlayıb ki, bizim mübarizəmiz haqq işidir. Biz öz torpağımızda xilaskar missiyamızı həyata keçiririk və bizim Ermənistan ərazisində nə hərbi, nə də digər hədəflərimiz mövcud deyildir. Birmənalı şəkildə planları puç olan Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla bütün mülki və hərbi qanunları pozaraq o ərazilərdə yaşayan əhalidə bir xof, qorxu hissi formalaşdırmağa çalışır. Lakin bu əməlləri və mənasız cəhdləri də puç oldu. Həm Gəncə, həm Tərtər, həm də digər ərazilərdə yaşayan sakinlərimiz bir yumruq kimi dövlət başçımızın ətrafında birləşərək ona dəstək verirlər.
Bu günlərdə xalqımızın “gözü, qulağı” televiziya xəbərlərində və cənab Prezidentin Tvitter səhifəsindədir. Xalqımız hər gün cənab Prezidentdən xoş xəbər gözləyir. Vahid milli ruh o dərəcədə güclü özünü təzahür etdirir ki, xalq öz rəhbərini hər gün səbirsizliklə gözləyir. Ali Baş Komandan və ordumuz xalqın ümidlərini, inamlarını Qarabağda öz zəfərləri ilə doğruldur. Bütövlükdə Azərbaycan cəmiyyəti qələbəyə köklənib. Xalqımız vahid amal uğrunda birləşib və ölkəmizdə güclü birlik və həmrəylik mövcuddur. Azərbaycan xalqının bu mübarizəsinin əsasında Prezident İlham Əliyevin sarsılmaz iradəsi dayanır. Bu gün hər bir vətəndaş Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
Müzəffər Azərbaycan ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlar Şanlı Ordumuz tərəfindən işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın rəşadətli Azərbaycan ordusu!
Həsənov Əlfəddin,
 Sabunçu bələdiyyəsinin sədri
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ