Bu ərazi erməni işğalçılarından təmizləndi
Tarix: 24-10-2020, 11:44
Baxılıb: 3 117
Google+ Paylaş
Tumblr Paylaş

Bu ərazi erməni işğalçılarından təmizləndi

24-10-2020, 11:44

Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir.
Bu sözləri Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı jurnalistin “İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı” sualına cavabında deyib.
“Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq”, - Prezident vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ