Cənubi Azərbaycanda QARABAĞA DƏSTƏK AKSİYASI
Tarix: 20-10-2020, 08:58
Baxılıb: 5 181
Google+ Paylaş
Tumblr Paylaş

Cənubi Azərbaycanda QARABAĞA DƏSTƏK AKSİYASI

20-10-2020, 08:58

İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə Qarabağa dəstək mitinqləri ilə əlaqədar yeni həbslər baş verib.
Bazar günü axşam saat 5 radələrində Təbrizdə başlanan aksiya polisin sərt müdaxiləsinə rəğmən gecə saatlarına qədər davam edib.
Təbrizdə “Gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarları səsləndirən aksiya iştirakçılar İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb edib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərə istinadən, aksiyada həmçinin “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistana himayət cinayətdir, cinayət!” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilib.
“Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin məlumatına görə, oktyabrın 17-də və 18-də Qarabağa dəstək mitinqlərinə çağırış edən bir çox türk fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bəzi vətəndaşlar isə mitinq zamanı saxlanılıb.
İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçiləri keçən iki günün ərzində Təbriz, Meşginşəhr və Muğan kimi bölgələrdə saxlanılan fəallardan bir neçəsinin adlarını dəqiqləşdirib.
Nəzarət altına alınanlar arasında Rəsul Rəzəvi, Əkbər Mühaciri, Hüseyn Muhəmmədiyan, Rza Zarei, Aydın Zakiri, İffət Nikbəxt və Rza Seyidnurinin olduğu məlum olub.
Sentyabrın 29-dan İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən az 200 nəfər nəzarət altına alınıb.
Oktyabrın 18-də Cəbrayıl rayonunda Azərbaycan Respublikasını İran Azərbaycanı ilə birləşdirən Xudafərin körpüsünün Ermənistanın işğalından azad edilməsi zamanı İran Azərbaycanından olan çoxsaylı insan Araz çayının İran sahilinə toplaşaraq Azərbaycanın Respublikasının qələbəsini  alqışlayıb. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ