Bu gün də onlara qaçaq yolla silah göndərilir - Prezident
Tarix: 17-10-2020, 11:34
Baxılıb: 3 625
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün də onlara qaçaq yolla silah göndərilir - Prezident

17-10-2020, 11:34

Bu günlər ərzində Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulub.


Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.


"Ermənistanın hərbi texniki potensialını sıradan çıxarmışıq.Bu qədər silah Ermənistanda hardandır. Ermənistan bankrot ölkədir. Ölkənin xarici borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil edir. Hansı pulla bu texnika alınır. Bu vaxta kimi məhv edilmiş texnikanın sayı aşağısı 2 milyard dollar səviyəsindədir. Ancaq hələ də bunların texnikası qalıb. Həm işğal edilmiş, həm də Ermənistan ərazisində. Sual olunur? Kim onları silahlandırır? Bizə qarşı iradlar olunur ki, biz silahlanırıq, silah alırıq və bu, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır. Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir. Bu suallara cavab istəyirik", - Prezident bildirib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ